Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayətə baxıb

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayətə baxıb
# 10 iyul 2008 14:28 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayət üzrə qərar çıxarıb. APA-nın məlumatına görə, 12528/05 saylı iş üzrə Əhrar Partiyanın lideri Vaqif Mustafa oğlu Hacıbəylinin şikayətinə baxan məhkəmə onun Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci paraqrafında təsbit olunmuş ədalətli mühakimə olunmaq hüququnun, eləcə də 2-ci maddənin 4-cü paraqrafında əksini tapan sərbəst hərəkət etmək hüququnun pozulduğu qənaətinə gəlib. Qərara əsasən V. Hacıbəyliyə 1500 avro təzminat ödənməlidir. Xatırladaq ki, V. Hacıbəyli 2000-ci ilin aprelində Bakının Füzuli meydanında keçirilən icazəsiz mitinq zamanı həbs olunub.
Digər Azərbaycan vətəndaşı - 1938-ci il təvəllüdlü Leyli Mustafa qızı Rəhmanovanın şikayətinə baxan məhkəmə onun konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafı və 1 saylı protokolun 1-ci maddəsində (mülkiyyətin müdafiəsi) təsbit olunmuş hüquqlarının pozulduğunu müəyyən edərək 2000 avro təzminat müəyyənləşdirib. Qeyd edək ki, L. Rəhmanova öz gəlini ilə mülkiyyət mübahisəsinə dair Azərbaycan məhkəmələrinin qərarından narazı qaldığı üçün Avropa Məhkəməsinə müraciət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR