Bank Of Baku

Venesiya Komissiyasının katibi Canni Bukikkio iyulun 14-də Azərbaycana səfər edəcək

Venesiya Komissiyasının katibi Canni Bukikkio iyulun 14-də Azərbaycana səfər edəcək
# 10 iyul 2008 16:39 (UTC +04:00)
Canni Bukikkionun Azərbaycana iki günlük səfərində məqsəd Konstitusiya Məhkəməsinin yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etməkdir. VK katibinin səfər proqramına Azərbaycan prezidenti, xarici işlər naziri, MSK sədri, QHT rəhbərləri ilə görüşlər daxildir. Görüşlərdə əsasən Azərbaycanla Venesiya Komissiyası arasında əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə olunacaq. Qeyd edək ki, Venesiya Komissiyası ötən ay Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı yekun rəyi açıqlayıb. Qurum öz rəyində Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu, bununla belə bu qanunlar külliyyatının Avropa standartlarına uyğun seçkilərin keçirilməsi üçün tutarlı baza rolu oynadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR