Bank Of Baku

Sergey Kuznetsov: “Venesiya Komissiyası Azərbaycan hökuməti ilə Seçki Məcəlləsi ətrafında yeni müzakirələr aparmağı planlaşdırmır”

Sergey Kuznetsov: “Venesiya Komissiyası Azərbaycan hökuməti ilə Seçki Məcəlləsi ətrafında yeni müzakirələr aparmağı planlaşdırmır”
# 11 iyul 2008 09:39 (UTC +04:00)
Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin eksperti Sergey Kuznetsov APA-ya açıqlamasında bildirib ki, təmsil etdiyi qurum Seçki Məcəlləsi ilə bağlı mövqeyini açıqlayıb: “Biz rəyimizi açıqlamışıq və öz mövqeyimizdə qalmaqda davam edirik. Seçki Məcəlləsinin özünü necə doğrultması seçkilər və təbliğat kampaniyası zamanı aydın olacaq”. Sergey Kuznetsov Venesiya Komissiyasının katibi Canni Bukikkionun iyulun 14-15-də Bakıya səfərinin Konstitusiya Məhkəməsinin yubileyində iştirakla əlaqədar olduğunu bildirib. Canni Bukikkio MSK ilə birlikdə seçkilər ərəfəsində keçiriləcək treninqdə də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR