Bank Of Baku

Gəncədə seçki prosesinə müdaxilə hallarına dair məlumat sessiya keçirilib

Gəncədə seçki prosesinə müdaxilə hallarına dair məlumat sessiya keçirilib
# 11 iyul 2008 11:54 (UTC +04:00)
Gəncə Nəzakət Məşədiəliqızı-APA. Gəncədə ATƏT-in Bakı Ofisi, Mərkəzi Seçki Komissiyası və Prezident Aparatının təşkilatçılığı ilə 26 rayonun icra hakimiyyətlərinin rəhbərləri və DSK sədrləri üçün seçki prosesinə müdaxilə hallarına dair məlumat sessiya keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, sessiyada çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbərinin müavini Aleksis Şaxtaxtinski azad və şəffaf seçkilərin əsas prinsiplərinə riayət etməyin, seçki prosesinə müdaxilənin qarşısının alınmasının vacibliyini vurğulayıb: "Hökumət qurumlarının söz verdiyi kimi, bu il seçkilərin azad və şəffaf keçməsinə ümid edirik. Ümumiyyətlə seçki prosesinə müdaxilə qanuna ziddir. İyulun 2-də Milli Məclisin Seçki Məcəlləsinə etdiyi dəyişikliklərə əsasən, prosesə müdaxiləyə dair daha sərt cəza tədbirləri nəzərdə tutulur. Belə bir qanunun olması özü bir müsbət haldır". Qeyd edək ki, analoji sessiya iyulun 14 də Şirvanda da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR