Bank Of Baku

Demokratik Seçki Mərkəzi Sədrlər Şurasının toplantısı keçirilib

Demokratik Seçki Mərkəzi Sədrlər Şurasının toplantısı keçirilib
# 11 iyul 2008 13:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Demokratik Seçki Mərkəzi (DSM) Sədrlər Şurasının toplantısı keçirilib. DSM-dən APA-ya verilən məlumata görə, yığıncaqda ölkədəki seçkiqabağı vəziyyət müzakirəyə çıxarılıb və qurumun proseslərə münasibətini əks etdirən 7 maddədən ibarət sənəd qəbul olunub. Sənəddə DSM-ə üzv olan partiyaların prezidentliyə namizədlərinin fəaliyyətlərinin əlaqələndirilməsi məqsədəuyğun hesab edilib. DSM Seçki Məcəlləsinə son əlavə və dəyişikliklərİ pisləyib, həbsdə olan jurnalistlərin azad edilməsini, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin və digər siyasətçilərin Azərbaycana qayıtmasına şərait yaradılmasının da istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR