Bank Of Baku

Azərbaycan prezidenti filosof Heydər Hüseynovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti filosof Heydər Hüseynovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 11 iyul 2008 14:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev görkəmli filosof alim, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Nəcəf oğlu Hüseynovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəddə qeyd olunub ki, Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi Heydər Hüseynovun ölkəmizdə ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin inkişafında müstəsna rolu var. Milli mədəniyyətimizin böyük nümayəndələrinin fəlsəfi irsini sistemli araşdıran alim xalqımızın fəlsəfi fikir tarixinin başlıca təkamül mərhələlərini müəyyənləşdirib. O, özünün zəngin fəaliyyəti ilə ictimai-siyasi fikrin öyrənilməsinə istiqamət verərək, bu sahədə yeni tədqiqatların vüsət almasına əlverişli zəmin hazırlayıb.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi ilə birlikdə Heydər Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR