Bank Of Baku

Azərbaycan prezidenti xalq rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti xalq rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb
# 11 iyul 2008 14:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu Salahovun 80 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəddə qeyd olunub ki, T. Salahov parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Onun mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyi ilə seçilən rəsm əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxil olub. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudlarından uzaqlarda da şöhrət qazandırıb. Sənətkarın dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan əsərləri Azərbaycan mədəniyyətinin geniş təbliğində mühüm əhəmiyyət kəsb edir. Tahir Salahov öz pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və milli rəssamlığın inkişafına sanballı töhfələr verib.
Sənəddə Mədəniyyət və Turizm Nazirliyinə Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Tahir Salahovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR