Bank Of Baku

Azərbaycanın 35 səfir və konsulu cəbhə bölgəsində səfərdə olub

Azərbaycanın 35 səfir və konsulu cəbhə bölgəsində səfərdə olub
# 11 iyul 2008 16:53 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, diplomatlar ilk öncə rayonda fəaliyyət göstərən Zodcuq qaçqın məktəbinə baş çəkiblər. Daha sonra Dövlət Sərhəd Xidmətinin İran sərhədində yerləşən zastavasına gedən diplomatlar burada əsgərlərin kazarma şəraiti ilə yaxından tanış olub, əsgərlərlə birgə yemək yeyiblər. Diplomatlar həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinə də baş çəkiblər. Səfər zamanı diplomatlarımız adından Füzuli rayonunda fəaliyyət göstərən 5 məktəbə proyektor və televizordan ibarət video avadanlıq dəsti, bir məktəbə isə kompüter dəsti hədiyyə edilib. Diplomatlar həmçinin Füzuli rayonunda məskunlaşan məcburi köçkünlərlə də görüş keçiriblər. Məcburi köçkünlər səfirlərdən üzləşdikləri problemlərlə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmağı xahiş ediblər. Qeyd edək ki, səfər sabah başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR