Bank Of Baku

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi növbəti dəfə pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi növbəti dəfə pozub
# 12 iyul 2008 07:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi növbəti dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən saat 13.25-dən 13.34-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 15.15-dən 15.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.10-dan 18.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 12-də saat 03.30-dan 03.40-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR