Bəhram Xəlilov: “Müsabiqədən kənar şəkildə dövlət qulluğuna qəbul əmrləri heç bir hüquqi qüvvəyə malik deyil”
- Rəhbərlik etdiyiniz komissiya fəaliyyətə başladığı iki ilə yaxın müddətdə hansı nəticələrə nail olub?
- İlk növbədə onu deyə bilərəm ki, komissiya bu müddət ərzində tam formalaşıb. Biz komissiyanın işinə cəlb olunan kadrları müsabiqə əsasında seçmişik. Artıq əsasnamədə göstərilən bütün funksiyaları demək olar ki, həyata keçiririk. Komissiya əsasən dövlət qulluğuna qəbula önəm verib. Bilirsiniz ki, bu, yeni və çətin bir sahədir. Bu gün biz bu sahədə 40-a yaxın dövlət orqanı ilə əməkdaşlıq edirik. Onlar bütün vakant vəzifələri barədə məlumatları komissiyaya təqdim edirlər. Komissiya isə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün vaxtaşırı həm müsabiqələr, həm də müsahibələr elan edir. İndiyə kimi biz dörd müsabiqə keçirmişik və artıq ikinci müsahibə üzrə söhbətlər başlanıb. Bu müsahibə dövlət orqanlarında çalışan şəxslər üçündür. Onlar test imtahanı vermədən vakant dövlət qulluğu orqanlarında çalışmaq üçün müsahibədən keçirlər. Biz artıq bir sıra məqsədlərimizə nail olmuşuq. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya çox gənc bir qurumdur, bizim qarşımızda çoxlu vəzifələr durur. Amma onu deyə bilərəm ki, biz dövlət qulluğuna qəbulu şəffaf və obyektiv təşkil edə bilmişik. Hesab edirəm ki, biz bu sahədə demək olar ki, korrupsiya hallarını aradan qaldırmışıq.
- Əməkdaşlıqdan kənarda qalan dövlət orqanları çoxdurmu? Ümumiyyətlə, dövlət qulluqçularının seçilməsi prosesi mərkəzləşdirilibmi?
- Bizə aid olan sahədə demək olar ki, bütün orqanlarla əməkdaşlıq edirik. Bir neçə dövlət orqanı var ki, orada vakant vəzifələr yoxdur. Hətta qanuna uyğun şəkildə özləri vakant vəzifələrlə bağlı müsabiqə keçirən dövlət orqanları da bizdə olan ehtiyat kadrlar siyahısı ilə maraqlanıb, seçim aparırlar. Hesab edirəm ki, bu, komissiyanın fəaliyyətinin qiymətləndirilməsidir.
- Söhbət hüquq-mühafizə orqanlarından gedir?
- Bəli. Bilirsiniz ki, həmin orqanların özlərinin vakant dövlət qulluğu vəzifələri ilə bağlı müsabiqə keçirmək hüquqları var. Amma bizim ehtiyat kadrlar siyahımızla həm Vergilər Nazirliyi, həm də Ədliyyə Nazirliyi maraqlanır.
- Gələcəkdə həmin dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin də mərkəzləşdirilmiş qaydada müsabiqə, müsahibə yolu ilə keçirilməsi mümkündürmü?
- Hələlik, proses indiki qaydada davam edir. Təbii ki, komissiya bütün dövlət orqanlarında olan dövlət qulluğu vəzifələri üçün seçim apara bilər. Belə olan halda komissiya üçün daha çox kadrlar, resurslar lazım olacaq.
- İndiyə kimi vakant dövlət qulluğu vəzifələrinə müsabiqədən kənar qəbul hallarına rast gəlibsinizmi?
- Əvvəllər belə hallar olurdu. Biz də bu cür faktlarla rastlaşanda müvafiq təqdimatlar verib, həmin qərarın ləğvinə nail olurduq. İndi isə bununla bağlı nadir faktlar ola bilər. Hamı bilir ki, dövlət qulluğuna müsabiqədən kənar qəbul qanuna ziddir. Belə hal baş verərsə, bu, qanunvericiliyin pozulmasıdır. Müsabiqədən kənar şəkildə dövlət qulluğuna qəbul əmrləri heç bir hüquqi qüvvəyə malik deyil.
- Bu yaxınlarda verdiyiniz açıqlamada demişdiniz ki, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin nəticələrindən o qədər də razı deyilsiniz. Narazılığın kökündə nə dayanır?
- Sonuncu müsahibə və müsabiqəyə 600-dən çox vakant vəzifə çıxarılmışdı. Onların bir hissəsi elə vakant olaraq da qaldı. Namizədlərin hazırlığı bizim tələblərimizə uyğun deyil. Kimsə ali məktəbin diplomunu daşıyırsa, həmin diplom ən azı minimum bilikləri təsdiqləməlidir. Bəzən belə olur, həm çox yaxşı gənc bir mütəxəssis, həm də niyə oxuduğunu belə bilməyən birisi eyni ali məktəbin diplomunu daşıyır. Bu, təbii ki, acınacaqlı bir haldır. Mən hər kəsə demək istəyirəm ki, diplom bilikləri təsdiq etməlidir. Diplom biliyi təsdiqləməyəndə onu daşıyanlar həyatda seçim edə bilməyəcəklər. Bizim gənclər dövlət qulluğunda çalışmaq istəyirlərsə, oxumalı, öz üzərində çalışmalı, dövlət qulluqçu üçün lazım olan meyarlara yiyələnməlidirlər. Dövlət qulluğuna digər meyarlarla daxil olmaq mümkün olmayacaq. Bəlkə başqa meyarlarla dövlət qulluğuna qəbul olunacaqlarına arxalananlar yanılırlar. Onlar bu fikirdən daşınmalıdırlar.
- Demək olar ki, müsabiqəyə çıxarılan dövlət qulluğu vəzifələrinin bir çoxu boş qalır. Bu, həmin vəzifələr üzrə maaşların az olmasından irəli gəlmir ki?
- Bu da səbəblərdən biridir. Digər tərəfdən, elə vəzifələr var ki, ora sənəd verənlər olur, amma onlar bizim müsabiqədən keçə bilmirlər.
- Komissiya dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması üçün hazırlıqlara başlamışdı. Belə bir sistem özündə nəyi ehtiva edir?
- Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sistemi bütün dünyada geniş yayılıb. Bizdə də komissiyanın vəzifələrinə uyğun olaraq hər il hər bir dövlət qulluqçusunun fəaliyyəti qiymətləndiriləcək. Qiymətləndirmənin əsas məqsədi ilk növbədə dövlət qulluqçularının tutduqları vəzifələrdə yüksəlişi üçündür. Bu zaman dövlət qulluqçularının nailiyyətləri qeyd olunur. Digər tərəfdən, dövlət qulluqçusunun zəif cəhətləri aşkarlanır və onlar təlimlərə, treninqlərə cəlb olunur. Bizdə bununla bağlı qanun qəbul edilib, hazırda qaydalar hazırlanır, razılaşdırma aparılandan sonra qaydaları təhvil verəcəyik.
- Komissiya dövlət qulluqçularının etik davranış qaydalarını hansı şəkildə izləyir?
- Cənab prezident dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət orqanı kimi bizim komissiyanı müəyyənləşdirib. Hansısa dövlət qulluqçusunun etik davranış qaydalarından narazı olan şəxslər bizə birbaşa müraciət edə bilərlər. Biz belə halları araşdırmalıyıq. Bununla bağlı qanunvericilik yenidir, biz ilk növbədə bu məsələ ilə bağlı dövlət qulluqçuları üçün təlimlər keçirməyə başladıq. Avropa Şurasının korrupsiyaya qarşı mübarizə üzrə layihəsi çərçivəsində də bir çox təlimlər keçirdik. Biz hər bir yeni qanunun tətbiqi üçün insanlarla işləməyə, yeniliyi onlara aşılamağa üstünlük veririk. Bu təlimlər mütəmadi olaraq davam edəcək. Belə təlimləri bu ilin sonlarına, gələn ilin əvvəllərinə də planlaşdırmışıq. Təlimlərə daha çox dövlət qulluqçusunu cəlb etməyə çalışacağıq.
- İndiyə kimi dövlət qulluqçularının etik davranışları ilə bağlı vətəndaşlar tərəfindən şikayətlər olubmu?
- Bəli, olub. Amma belə müraciətlər çox deyil. Həmin müraciətləri qanunvericiliklə nəzərdə tutulan qaydada araşdırırıq. Onu da deyim ki, şikayət edənlər bizim araşdırmaların nəticəsindən razılıqlarını bildiriblər.
- Son zamanlar bir sıra xarici ölkələrə səfərləriniz təşkil olunub. Komissiyanın beynəlxalq əlaqələri hansı səviyyədə qurulub?
- Dövlət idarəçiliyində bir çox ölkələr böyük təcrübəyə malikdir. Bizim də öz təcrübəmiz var. Bu elə sahədir ki, hər zaman qabaqcıl təcrübələri öyrənib, tətbiq etməyə çalışmaq lazımdır. Biz bu ildən başlayaraq beynəlxalq təcrübənin öyrənilməsinə, beynəlxalq əməkdaşlığa böyük diqqət yetiririk. Son bir ayda Ukrayna Dövlət Qulluğunun Baş İdarəsi ilə hökumətlərarası saziş imzaladıq. Ötən həftə isə Fransa Dövlət Qulluğu Nazirliyində olduq, başqa qurumlarda bir çox görüşlər keçirdik. Azərbaycan və Fransanın dövlət qulluğu ilə bağlı əməkdaşlığının istiqamətlərini müzakirə etdik. Eyni zamanda bizim Çinlə, Qazaxıstanla, Qırğızıstanla əlaqələrimiz var. Onu da deyim ki, dekabrda Parisdə Avropa İttifaqının dövlət idarəetməsi üzrə strukturlarının rəhbərlərinin iştirakı ilə böyük bir tədbirin keçirməsi nəzərdə tutulub. Tədbirə bizi də dəvət ediblər. Bu tədbirdə iştirak bizə həm də beynəlxalq əlaqələrimizi daha da genişləndirməyə imkan verəcək.
- Hazırda Azərbaycanda neçə vakant dövlət qulluğu vəzifəsi var?
- Bunun sayını dəqiq demək çox çətindir. Amma təxmini deyə bilərəm ki, Azərbaycanda 1000-ə yaxın vakant dövlət qulluğu vəzifəsi olmalıdır. Biz avqust ayında növbəti dəfə müsabiqə elan edəcəyik.
- Müsabiqələrin nəticəsindən narazı qalanlar çox olurmu? Onlar bununla bağlı komissiyaya müraciət edirlərmi?
- Narazılıq halları əvvəllər çox olurdu. İndi isə onların sayı azalıb. Narazı qalanlar birbaşa bizə müraciət edirlər. Biz belə müraciətlərin hamısını araşdırırıq. Araşdırma zamanı özlərini də dəvət edirik, ehtiyac yarananda komissiya üzvlərini də yığırıq. Subyektivliyi aradan qaldırmaq üçün komissiya üzvləri müsahibənin, müsabiqənin obyektiv keçirilməsi ilə bağlı ilk növbədə iltizam verirlər. Biz söhbət prosesində namizədlərin razılığı ilə çəkiliş aparırıq. Digər tərəfdən, bizim namizədlərlə söhbət prosesimiz açıq elan olunub. İctimai təşkilatların, mətbuatın, beynəlxalq qurumların nümayəndələri istənilən zaman bizdə qeydiyyatdan keçib bu prosesdə müşahidəçi kimi iştirak edə bilər. Bu hal da müsahibələrin obyektiv aparılmasına dəlalət edir. Bəzi namizədlər bura gələndə özlərinə qiymət verib gəlirlər. Söhbət qrupunun verdiyi qiymət onların öz qiymətləri ilə üst-üstə düşməyəndə həyəcanlanmalar olur. Hər bir təvazökar insan özünə yüksək qiymət verməkdən çəkinməlidir. Amma elə insanlar da var ki, müsahibədən keçməsələr də, sonradan bizə “sağ ol” deyib bildirirlər ki, prosesdə iştirak onlara öz üzərlərində işləməyə, təcrübə yığmağa imkan verdi.

Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Prezident İlham Əliyevə yüksək etimad xalqın dövlət başçısının həyata keçirdiyi siyasətə verdiyi qiymətdir - RƏY
Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli prosesin nəticəsidir