Bank Of Baku

Azərbaycan Konstitusiya Məhkəməsinin 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb

Azərbaycan Konstitusiya Məhkəməsinin 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb
# 14 iyul 2008 10:09 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan Konstitusiya Məhkəməsinin rəhbəri Fərhad Abdullayev bildirib ki, 1995-ci ildə Əsas Qanun qəbul olunduqdan sonra bu qanuna əsasən Konstitusiya Məhkəməsi yaradılıb. O, rəhbərlik etdiyi qurumun ötən 10 il ərzində hüquqi dövlətin ədalət mühakiməsinin inkişafı istiqamətində addımlar atdığını bildirib. Konstitusiya Məhkəməsi həmçinin beynəlxalq əlaqələrə önəm verdiyini bildirən Fərhad Abdullayev Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi sahəsində işlər görüldüyünü də qeyd edib. Onun sözlərinə görə, ötən 10 il ərzində Konstitusiya Məhkəməsi 150 qərar, o cümlədən fərdi şikayətlərə dair 58 qərar qəbul edib. Daha sonra beynəlxalq konfransda çıxış edən Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan prezidentinin konfrans iştirakçıların təbrik məktubunu oxuyub. Konfransda çıxış edən Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio təmsil etdiyi qurumun Azərbaycan Konstitusiya Məhkəməsi ilə sıx əməkdaşlıq etdiyini, iki qurum arasında münasibətlərin ən yüksək səviyyədə qurulduğunu bildirib. Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov isə Konstitusiya Məhkəməsinin dövlət-cəmiyyət münasibətlərinin tənzimlənməsində roluna diqqət çəkib. Hazırda konfrans işini davam etdirir. Qeyd edək ki, Azərbaycan Konstitusiya Məhkəməsinin yaradılmasının 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans işini bu gün yekunlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR