Bank Of Baku

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 39 il ötür

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 39 il ötür
# 14 iyul 2008 09:15 (UTC +04:00)
APA-nın məlumatına görə, uzun müddət dövlət təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışan və general rütbəsinədək yüksələn Heydər Əliyevin ölkədə siyasi hakimiyyətin ən yüksək kürsüsünə təmsil olunması ilə Azərbaycanda geniş miqyaslı quruculuq işlərinin əsası qoyulub. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişib, kənd təsərrüfatı modernləşdirilib Bakı, Sumqayıt, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açılıb, Bakıda milli hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına məktəb fəaliyyətə başlayıb. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan sənayesi intibah dövrünü yaşayıb, neft-maşınqayırma, məişət kondisionerləri, elektrik mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik kabelləri, boru prokatı və başqa məhsullar buraxılışı sahəsində respublika sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxıb. Ölkənin ən yaxşı məktəblərinə oxumaq üçün göndərilən minlərlə gənc sonradan ölkə həyatının ən müxtəlif sahələrində inkişafın aparıcı qüvvələrinə çevriliblər. Bu gün Azərbaycanın müxtəlif bölgələrində və paytaxt Bakıda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 39 illiyi münasibətilə kütləvi-mədəni tədbirlər keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR