Bank Of Baku

Xanlar Hacıyev: “Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan daxil olan minə yaxın şikayət var”

Xanlar Hacıyev: “Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan daxil olan minə yaxın şikayət var”
# 14 iyul 2008 09:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyev verib. Onun sözlərinə görə, Hazırda gündəlikdə olan şikayətlərin sayı 1000-ə yaxındır. Bunlardan təqribən 40 iş məhkəmə qərarlarının icra olunmaması, 40 iş isə son parlament seçkilərindən sonra edilən şikayətlərlə əlaqədardır. Xanlar Hacıyev 40-a yaxın işin icraata götürüldüyünü və kommunikasiya edildiyini bildirib. Ümumilikdə Avropa İnsan Hüquqları Məhkəməsi bu günə kimi Azərbaycanla bağlı 13 qərar çıxarıb. Hazırda icraata götürülən işlərə nə zaman baxılacağına aydınlıq gətirən Xanlar Hacıyev AİHM-in bu gündən etibarən tam tərkibdə tətilə çıxdığını və fəaliyyətini avqustun sonlarında bərpa edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR