Bank Of Baku

Azərbaycan prezidenti fransalı həmkarını təbrik edib

Azərbaycan prezidenti fransalı həmkarını təbrik edib
# 14 iyul 2008 09:38 (UTC +04:00)
Azərbaycan prezidenti İlham Əliyev Fransanın milli bayramı, Bastiliyanın alınması günü münasibətilə həmkarı Nikola Sarkozini təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrik məktubunda Azərbaycan-Fransa münasibətləri müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb və iki ölkə arasında daim genişlənən dostluq əlaqələrinin, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran səmərəli əməkdaşlığın ikitərəfli münasibətlərin dinamikasının və məzmununun bariz göstəricisi olduğu qeyd edilib: “ Biz Fransanın Azərbaycana maraq və diqqətindən, ölkəmizin qarşısında duran məsələlərin həllinə öz töhfəsini vermək istəyindən məmnunluq duyuruq. Bu qəbildən Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi prosesinə Fransanın İttifaqa sədrliyi dövründə xüsusi dəstək vermək niyyətində olması bizim üçün çox əhəmiyyətlidir.
Ən başlıcası isə, ölkəmizə qarşı təcavüz nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın öz fəallığını və əzmkarlığını daha da artıracağına böyük ümidlər bəsləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR