Bank Of Baku

Venesiya Komissiyasının katibi Canni Bukikkio: “Azərbaycanın Seçki Məcəlləsinin mətni qısaldılmalı və sadələşdirilməlidir”

Venesiya Komissiyasının katibi Canni Bukikkio: “Azərbaycanın Seçki Məcəlləsinin mətni qısaldılmalı və sadələşdirilməlidir”
# 14 iyul 2008 10:13 (UTC +04:00)
Onun sözlərinə görə, Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsi vacibdir: “Yəqin ki, gələcəkdə Seçki Məcəlləsinə bu dəyişikliklər ediləcək. Amma hazırda vəziyyət buna imkan vermir. Qarşıdan prezident seçkiləri gəlir və Seçki Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi üçün praktiki olaraq vaxt yoxdur. Düşünürəm ki, indiki Seçki Məcəllə ilə azad və ədalətli seçkilər keçirmək üçün yaxşı baza rolunu oynaya bilər. Çox şey siyasi iradədən asılıdır. Azərbaycanda bütün siyasi qüvvələr həm hakimiyyət, həm müxalifət, həm də cəmiyyət həmin qanunun tətbiqinə hörmətlə yanaşmalı və onu həyata keçirməlidir”. Canni Bukikkio Seçki Məcəlləsinin müsbət və mənfi tərəflərini açıqlayıb: “İlk öncə qeyd etməliyəm ki, Seçki Məcəlləsinin mətni çox uzun və mürəkkəbdir. Bu mətnin qısaldılmasına və sadələşdirilməsinə ehtiyac var. Əsas problemlərdən biri sözsüz ki, seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə bağlıdır. İndiki tərkib bütün namizədlərə həmin komissiyalarda təmsilçilik hüququ yaratmır. Amma təbii ki, Seçki Məcəlləsində müsbət məqamlar da var. Buna barmaqlara xüsusi mürəkkəbin vurulmasını və “exit-poll”ların keçirilməsini misal çəkə bilərəm”. Canni Bukikkio Milli Məclis tərəfindən qəbul olunan “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun beynəlxalq norma və standartlara tam uyğun olduğunu vurğulayıb: “Bu qanun demokratik normalara tam uyğun və müasir dövrün tələblərinə cavab verir. Mən bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşəm və mövqeyimizi ona da açıqlamışam. Azərbaycan prezidenti İlham Əliyevlə görüşümdə də Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı fikirlərimi açıqlayacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR