Bank Of Baku

Xəzər İbrahim: “Neft gəlirləri Azərbaycanın inkişafına yönəlib və yönələcək”

Xəzər İbrahim: “Neft gəlirləri Azərbaycanın inkişafına yönəlib və yönələcək”
# 14 iyul 2008 10:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Hər dövlət kimi, Azərbaycan da öz təbii ehtiyatlarından dövlətçiliyin möhkəmləndirilməsi məqsədilə istifadə edir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “Azərbaycan neft gəlirlərini silahlanmaya yönəldir” fikrinə münasibət bildirərkən deyib. O, Azərbaycanın neft və qazdan daha önəmli potensiala malik olduğunu vurğulayıb: “Azərbaycanın əsas potensialı onun insan kapitalıdır. Neft və qaza gəldikdə isə, bəli, biz ondan müxtəlif sahələrin inkişafı üçün istifadə edirik. Neft gəlirləri Azərbaycan iqtisadiyyatının, təhsilinin, səhiyyəsinin, ölkənin hərbi qüdrətinin inkişafına yönəlib və yönələcək. Bu, normal praktikadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR