Bank Of Baku

Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
# 16 iyul 2008 16:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Martin Amaşerlə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Martin Amaşer Azərbaycanın beynəlxalq səviyyədə öhdəliklərinin olduğunu deyib və bu öhdəliklərin yerinə yetirilməsində parlamentin rolunun böyük olduğunu diqqətə çatdırıb: “Təmsil etdiyim komitə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə çərçivə sazişi imzalayıb. Sazişdən irəli gələn müddəaların yerinə yetirilməsi, eləcə də qarşıya qoyulmuş məqsədə nail olunması üçün əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar qanun hazırlanması, bununla bağlı dəyirmi masa təşkil edilməsi məqsədəuyğun olardı”. Qonaq əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları komissiyasının hazırladığı model qanunun nüsxəsini, eləcə də komitənin müvafiq sənədlər toplusunu Bahar Muradovaya təqdim edib. İtkin düşmüş vətəndaşlarla əlaqədar dəyirmi masa və ictimai dinləmələrin təşkilini vacib sayan Bahar Muradova bildirib ki, prezident seçkilərindən dərhal sonra bu cür tədbirlər təşkil oluna bilər: “İtkin düşmüş vətəndaşlarla əlaqədar qanun hazırlamaq daha faydalı olardı. Belə bir qanun layihəsi parlamentin 2009-cu ilin yaz sessiyası dövründə müzakirəyə çıxarılması mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR