Bank Of Baku

Arif Rəhimzadə Almatıda beynəlxalq konfransda iştirak edəcək

Arif Rəhimzadə Almatıda beynəlxalq konfransda iştirak edəcək
# 16 iyul 2008 16:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. İyulun 18-dən 20-dək Qazaxıstanın Almatı şəhərində “MDB ölkələrində kollektiv ərzaq təhlükəsizliyinin problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransda Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə iştirak edəcək. Komissiya sədri “Azərbaycanın regionlarında ərzaq təhlükəsizliyi - problemlər və onların həlli yolları” mövzusunda məruzə ilə çıxış edəcək, ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verəcək. Azərbaycan, Rusiya, Belarus, Özbəkistan, Qırğızıstan, Ukrayna və digər dövlətlərin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış alimlərinin, müvafiq nazirliklərin və parlament nümayəndələrinin iştirak edəcəkləri tədbirdə MDB ölkələri ərazisində ərzaq təhlükəsizliyinin qorunması ilə bağlı fikir mübadiləsi aparılacaq, təkliflər hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR