Bank Of Baku

ABŞ Nümayəndələr Palatasının alt komitəsi ermənipərəst konqresmenin təklifini rədd edib

ABŞ Nümayəndələr Palatasının alt komitəsi ermənipərəst konqresmenin təklifini rədd edib
# 17 iyul 2008 14:24 (UTC +04:00)
Vaşinqton APA. ABŞ Nümayəndələr Palatasının xarici proqramlar üzrə alt komitəsi ermənipərəst konqresmen Co Nollenberqin Azərbaycana ayrılan hərbi yardımın ixtisar olunması ilə bağlı təklifini rədd edib. APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, təklif 2009-cu maliyyə ilində xarici yardımların büdcəsi müzakirə olunarkən 1 səs fərqi ilə qəbul olunmayıb. Bununla da Azərbaycan və Ermənistana göstəriləcək hərbi yardımın miqdarı bərabər səviyyədə qalıb. Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Ambaryan təklifin əleyhinə səs verən alt komitənin sədri Nita Lovey və digər konqresmenlərin mövqeyindən kədərləndiklərini və məyus olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR