Bank Of Baku

Ermənipərəst konqresmenlər Azərbaycana ayrılan yardımın ixtisar olunmasının əleyhinə çıxıblar

Ermənipərəst konqresmenlər Azərbaycana ayrılan yardımın ixtisar olunmasının əleyhinə çıxıblar
# 18 iyul 2008 07:49 (UTC +04:00)
Vaşinqton. Hüsniyyə Həsənova APA. ABŞ Nümayəndələr Palatasının xarici proqramlar üzrə alt komitəsində Azərbaycana ayrılan hərbi yardımın ixtisar olunması ilə bağlı təklifin əleyhinə səs verənlərin əksəriyyəti ermənipərəst konqresmenlər olub. APA-nın ABŞ bürosunun məlumatına görə, Konqresin Ermənistan üzrə işçi qrupunun həmsədri Co Nollenberqin irəli sürdüyü təklif qrupun digər üzvləri tərəfindən dəstəklənməyib. Belə ki, Cessi Cekson, Stiv İsrael, Ben Kandler, Stiv Rotman, Barbara Li və Betti Makkolum Azərbaycana ayrılan hərbi yardımın azaldılmasının əleyhinə çıxıblar. Alt komitənin qərarına əsasən 2009-cu ildə Azərbaycanla Ermənistana eyni miqdarda maliyyə yardımı göstəriləcək. Lakin 2008-ci illə müqayisədə Ermənistana ayrılan vəsaitin miqdarı 59 faiz azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR