Bank Of Baku

Azərbaycan millət vəkili oğlunun adının məhkəmə qalmaqalında hallandırılmasına aydınlıq gətirib

Azərbaycan millət vəkili oğlunun adının məhkəmə qalmaqalında hallandırılmasına aydınlıq gətirib
# 18 iyul 2008 09:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin deputatı Fərhad Qəribov oğlu Rəşad Qəribovun adının məhkəmədə zərərçəkmiş kimi hallanmasına aydınlıq gətirib. Millət vəkili APA-ya açıqlamasında Debüt Bankın Müşahidə Şurasının rəhbəri olan oğlu Rəşad Qəribovun məhkəmədə təqsirləndirilən Emin Əmirovla heç bir işbirliyinin olmadığını deyib. Onun sözlərinə görə, E. Əmirov Debüt Bankdan girovqoyma yolu ilə 6 milyon manat kredit götürüb: “O, təkcə oğlumun işlədiyi bankdan deyil, digər bir neçə bankdan da kreditə pul götürüb. Lakin Emin Əmirov kreditə götürdüyü vəsaiti ödəyə bilməyib. Buna görə də, onun qoyduğu girovlar əlindən alınıb və Emin Əmirov bank tərəfindən məhkəməyə verilib”. F. Qəribov E. Əmirovun məhkəmə tərəfindən ədalətli şəkildə cəzalandırılacağına inandığını deyib.
Qeyd edək ki, E. Əmirov dələduzluqda ittiham olunaraq həbs edilib. Hazırda onun cinayət işi üzrə məhkəmə prosesi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR