Bank Of Baku

Azərbaycan XİN Diplomatik Akademiyasının təşəbbüsü ilə Qubadakı yəhudi sinaqoqunda dini tolerantlıqla bağlı seminar keçirilir

Azərbaycan XİN Diplomatik Akademiyasının təşəbbüsü ilə Qubadakı yəhudi sinaqoqunda dini tolerantlıqla bağlı seminar keçirilir
# 18 iyul 2008 10:53 (UTC +04:00)
Quba. Solmaz Mehtiyeva-APA. Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının təşəbbüsü ilə Qubanın “Qırmızı qəsəbə” yaşayış məntəqəsində yerləşən yəhudi sinaqoqunda dini tolerantlıq mövzusunda seminar işə başlayıb. APA-nın Şimal bürosunun məlumatına görə, tədbirə Avropa, Amerika və Afrikadan gəlmiş müxtəlif millətlərin nümayəndələri olan 30 gənc qatılıb. İki gün davam edəcək seminarda Azərbaycandakı dini tolerantlıq, dinlərarası münasibətlər, dini azlıqların vəziyyəti və digər məsələlər müzakirə olunur. Diplomatiya Akademiyasının təlim proqramları üzrə direktoru Fariz İsmayılzadə APA-nın Şimal bürosuna bildirib ki, əvvəlki analoji seminarlar Bakı şəhərində baş tutub. “Seminarlarda qonaqlara Azərbaycan haqqında, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə geniş məlumat verilib. Seminar çərçivəsində iştirakçılar paytaxtdakı katolik kilsəsində olublar, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadə ilə görüşüblər”. Fariz İsmayılzadənin sözlərinə görə, Qubada keçirilən seminarı İsraildən gəlmiş professor Blendo Şafer aparır: “Seminarda gənclərə Azərbaycanda yaşayan yəhudilərin tarixi, onların hüquqlarının qorunması, Azərbaycan-İran münasibətləri barədə məlumatlar verilir. Seminarı keçirməkdə əsas məqsədimiz dünya ölkələrində Azərbaycanın dostlarının çoxalması, diplomatiyamızın güclü olmasıdır”. Seminardan sonra iştirakçıların Qubadakı kütləvi məzarlığa, tarix-diyarşünaslıq və xalçaçılıq muzeylərinə səfəri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR