Arif Məmmədov: “Azərbaycanda demokratik seçkilər keçirmək üçün heç bir əngəl yoxdur”
- Narazılıqdan söhbət gedə bilməz. Sadəcə olaraq, bəzi təkliflər çaşqınlıq yarada biləcəyi nəzərə alınaraq qəbul edilməyib. Bu, normal haldır. Venesiya Komissiyası digər dövlətlərə də tövsiyələr verir. Azərbaycanda bu gün mövcud olan seçki qanunvericiliyi Venesiya Komissiyası ilə birlikdə hazırlanıb. Azərbaycan bir çox təklifləri nəzərə alaraq onları qanunvericiliyə daxil edib. Nəyi isə müasirləşdirmək və daha da inkişaf etdirmək davamlı bir prosesdir. Venesiya Komissiyasının katibi Canni Bukikkionun Bakıya səfəri zamanı seçki ilə bağlı vəziyyəti, seçki komissiyalarının tərkibi, sərbəst toplaşmaq azadlığı barədə məsələlər müzakirə olunub. Cənab Bukikkio öz müsahibəsində bildirib ki, bəzi məsələlərlə tam razı olmasalar da, ümumilikdə qanunlar azad və demokratik seçkilər keçirməyə imkan verir.
- Seçkilər Avropa Şurasının tələblərinə cavab verməsə, Azərbaycanın qurumda səsvermə hüququ dondurula bilərmi?
- Azərbaycanda azad və demokratik seçkilər keçirmək üçün heç bir əngəl yoxdur. Bunu Avropa Şurasının bir çox missiyaları da qeyd edib. Bir daha bildirirəm ki, qanunvericilik demokratik seçki keçirmək üçün uyğundur. Müəyyən problemlər ola bilər ki, bu da insanların kifayət qədər maariflənməməsi ilə bağlıdır. Bəzi şəxslər öz ailə üzvlərinin yerinə də səs vermək istəyirlər və buna icazə verilməyəndə narazılıq yaranır. Belə hallar daha çox rayonlarda baş verir. Cəmiyyətin demokratik inkişafına və maariflənməsinə vaxt lazımdır. Avropa bu prosesi yüz illərlə keçib. Bundan başqa, bəzən icra strukturlarının müdaxilələri də olur və son seçkilərdə belə faktlara görə bir neçə nəfər cəzalandırılıb.
- AŞ PA-nın yay sessiyasında Azərbaycanla bağlı qəbul edilmiş qətnamədə həbsdə olan üç jurnalistlərin sentyabr ayına qədər azadlığa buraxılması tələbi əksini tapıb. Bu tələb yerinə yetirilməsə, Avropa Şurası Azərbaycana qarşı sanksiya tətbiq edə bilərmi? Siyasi məhbuslar üzrə məruzəçini təyin olunması məsələsi nə yerdədir?
- Qətnamə tövsiyə xarakteri daşıyır və sanksiyalardan söhbət getmir. Siyasi hakimiyyət və dövlət məhkəmə qərarlarına müdaxilə edə bilməz. Bu, demokratiyanın əsas prinsiplərindən biridir. Məhkəmə qərarlarından apellyasiya verilə bilər. Son vaxtlar apellyasiya qaydasında və prezidentin əfv fərmanları ilə bir çox jurnalist artıq azadlığa buraxılıb. Siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması gündəlikdə var idi. Bu məsələ hələlik açıq qalır və AŞ PA sədrinin Bakıya səfəri zamanı da müzakirə olunub. Belə bir təklif də var idi ki, bütün Cənubi Qafqaz ölkələri üzrə siyasi məhbus adlandırılan şəxslərin işi ilə bağlı xüsusi məruzəçi təyin edilsin. Ermənistan QHT-ləri də AŞ PA-ya müraciət edərək öz ölkələri üzrə məruzəçi təyin edilməsini istəyiblər. Azərbaycana gəldikdə isə, Monitorinq Komitəsinin üzvləri Yevgeniya Jivkova və Andres Herkel vəziyyəti izləyirlər. Səməd Seyidov AŞ PA bürosunda keçirilən müzakirələrdə bildirmişdi ki, onsuz da monitorinq var və həmməruzəçilər siyasi məhbus hesab edilən şəxslərin məsələsinə də baxır. Ona görə də yeni məruzəçinin təyin olunması əlavə bürokratiya yarada bilər. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Mən şəxsən bu məsələnin AŞ PA Bürosunda və ya sessiya zamanı dəstək alacağına inanmıram. Amma hər şey ola bilər.
- Avropa Şurasının Cənubi Qafqazda mədəni abidələrin vəziyyətinin araşdırılması üzrə missiyası bölgəyə gələcəkmi?
- Missiyanın səfəri təxirə salınıb. İndiki şəraitdə belə bir missiyanı həyata keçirmək qeyri-mümkündür. Bunun bir neçə səbəbi var və səbəblərdən biri də bölgədə gərginliyin olması, atəşkəs rejimi hər gün pozulmasıdır. Bizim əsas şərtimiz odur ki, missiyanın səfəri eyni anda regionun hər üç dövlətini əhatə etməlidir, çünki Cənubi Qafqazın tarixi-mədəni varlıqları bir-birinə bağlıdır. Digər şərtlərimizdən biri də o odur ki, Dağlıq Qarabağa yalnız Azərbaycan ərazisindən gedilməlidir və hazırda texniki baxımından belə bir səfər üçün bəzi problemlər var. Azərbaycan tərəfi təmas xəttinin öz tərəfində təhlükəsizliyə təminat verir, Ermənistan isə yox. Onlar istəyirlər ki, missiya Ermənistan vasitəsilə Dağlıq Qarabağa getsin, bu isə bizim ərazi bütövlüyümüz və suverenliyimizə ziddir və buna imkan verə bilmərik. Gələcəkdə analoji missiyaların qarşısında da belə bir şərt qoyulacaq.
- Avropa Şurasının Qafqazda itkin düşmüş şəxslər üzrə keçmiş məruzəçisinin işi davam etdiriləcəkmi? Yeni məruzəçi kim olacaq?
- Bu iş davam etdiriləcək. Azərbaycan artıq bütün siyahıları verib. Sonuncu dəfə bu məsələ Ertmənistan nümayəndə heyəti qarşısında qaldırılanda onlar hələlik son siyahıları tərtib etməmişdilər. Hazırda Avropa Şurası Ermənistan tərəfinin də dəqiq siyahı hazırlayıb təqdim etməsini gözləyir.
Daxili siyasət
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Britaniya minlərlə məhkumu azadlığa buraxmaq niyyətindədir
AP 2027-ci ildən sonra Ukrayna üçün yeni kreditlə bağlı müzakirələr aparır
Pakistan Əfqanıstanla sərhəddə 29 silahlını zərərsizləşdirib
İsrail ordusu Livanın cənubunda “Hizbullah”a aid yeraltı anbarı məhv edib
KİV: Tətillərə baxmayaraq, İran-ABŞ texniki danışıqları davam edir
“Axios”: ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəlib
DÇ-2026: Kanada 1/8 finala çıxıb
Putin: Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı
Putin: Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır
ABŞ rəsmisi: İranla danışıqlar texniki səviyyədə davam edir
FHN Bazardüzü zirvəsi istiqamətində xəsarət alan alpinisti xilas edib - VİDEO
Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
Türkiyədə 3,6 bal gücündə zəlzələ olub
Türkiyə XİN: İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır
Venesuelada zəlzələnin dağıntıları altından 33 nəfər xilas edilib
Qətər vətəndaşı gəmidə qəlpə yaralarından ölüb
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb - FOTO
Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyada anomal istilər davam edir, ölənlər var
Vilayəti: "Hizbullah" Livanın müstəqilliyinin dayağıdır
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub - FOTOLENT
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
İsrail ordusunun Baş Qərargah rəisi: Livanla tarixi razılaşma hərbi uğurlar sayəsində mümkün olub
Venesuelada zəlzələnin miqyası böyüyür, 60 min bina dağılıb və ya zədələnib
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
ÜST-ün baş direktoru: Avropada isti havalara görə, 1300-dən çox ölüm hadisəsi qeydə alınıb
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib