Bank Of Baku

Payızda Azərbaycan-Polşa hökumətlərarası komissiyanın iclası keçiriləcək

Payızda Azərbaycan-Polşa hökumətlərarası komissiyanın iclası keçiriləcək
# 18 iyul 2008 11:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan-Polşa hökumətlərarası komissiyasının növbəti iclası bu ilin sentyabr-oktyabr aylarında Varşavada keçiriləcək.
Bu barədə APA-ya Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev məlumat verib. O bildirib ki, bu günlərdə Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlak komissiyanın Polşa tərəfdən həmsədri təyin olunub. Azərbaycan tərəfdən komissiyanın həmsədri isə iqtisadi inkişaf naziri Heydər Babayevdir. İclas çərçivəsində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını əks etdirən sərginin nümayiş etdirilməsi də planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR