Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının növbəti toplantısı keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti toplantısı keçirilib
# 18 iyul 2008 15:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. APA-nın məlumatına görə, toplantıda Seçki Məcəlləsinə uyğun olan bəzi müddəalarla bağlı təlimatlar müzakirəyə çıxarılıb. MSK üzvləri siyasi partiyaların, blokların səlahiyyətli nümayəndələrinin və namizədlərin vəkillərinin statusu, yerli və beynəlxalq müşahidəçilərin səlahiyyətləri, həmçinin seçicinin qeydiyyatdan çıxma forması və MSK ilə KİV nümayəndələrindən ibarət nəzarətedici mətbuat qurumunun yaradılmasına dair təlimatları müzakirə ediblər. Yığıncaqda, o cümlədən KİV-də təbliğat və təşviqat işlərinin aparılmasına dair qaydalar da müzakirə olunub. Təlimatlar əlavə və dəyişikliklərlə qəbul edilib. Toplantıda seçki dairələrinin dislokasiyasına və dairə seçki komissiyalarının üzvlərinin ərizələrinə də baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR