Bank Of Baku

Məzahir Pənahov: “Müşahidəçilər seçkidə baş verən pozuntularla bağlı MSK-ya dərhal məlumat verməlidir”

Məzahir Pənahov: “Müşahidəçilər seçkidə baş verən pozuntularla bağlı MSK-ya dərhal məlumat verməlidir”
# 18 iyul 2008 15:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Müşahidəçilər seçki prosesi zamanı məntəqədə baş verən pozuntularla bağlı Mərkəzi Seçki Komissiyasına yerindəcə məlumat verməlidirlər. Ümumiyyətlə müşahidəçilər öz səlahiyyətlərini bildikləri kimi, vəzifələrinə də riayət etməlidirlər. Əksər hallarda bir neçə gündən sonra MSK-ya təqdim olunan ərizələr faktlara söykənmədiyindən bununla bağlı hər hansı addım atmaq olmur”. APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, müşahidəçinin səlahiyyətləri olduğu kimi, vəzifələri də mövcuddur. Bu mənada müşahidəçi öz fəaliyyətini şəffaf şəkildə aparmalıdır: “Azərbaycan qanunları və beynəlxalq standartlar belədir. Bu məsələ ictimaiyyətə də təqdim olunmalıdır. Bu, həm yerli, həm də xarici müşahidəçilərə aiddir. Müşahidəçi gördüyü pozuntu haqda ilk növbədə məntəqə sədrini məlumatlandırmalıdır”. M. Pənahov bu məsələ ilə bağlı mexanizmin müəyyənləşdirilməsinin və qanunauyğun şəkildə təlimatın hazırlanmasının əhəmiyyətini də vurğulayıb: “Müşahidəçinin DSK-ya və ya MSK-ya təqdim etdiyi bütün şikayətlər faktlara söykənməlidir. Əks halda həmin faktların araşdırılması çətinlik yaradır”. MSK sədri Avropa Şurası ilə birgə müşahidəçilər üçün seminarların keçiriləcəyinin nəzərdə tutulduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR