Bank Of Baku

Azərbaycan politoloqları Türkiyənin Ermənistanla münasibət quracağına şübhə edirlər

Azərbaycan politoloqları Türkiyənin Ermənistanla münasibət quracağına şübhə edirlər
# 19 iyul 2008 08:58 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında politoloq Rasim Musabəyov deyib. Türkiyə və Ermənistan diplomatları arasında İsveçrədə keçirilmiş görüşü şərh edən R. Musabəyov tərəflərin hansı səviyyədə təmsil olunduğunun aydınlaşmadığını söyləyib: “Məncə mətbuat bu görüşün əhəmiyyətini şişirdir. Ölkələr arasında bu cür təmaslar 15 ildir davam edir”. R. Musabəyov bu gün Türkiyə-Ermənistan münasibətlərində ciddi irəliləyişə əsas olmadığını vurğulayıb. Politoloq Rüstəm Məmmədov isə hazırda Ermənistanın Avropaya alternativ çıxış yolları axtardığını bildirib. Onun fikrincə, Ermənistan, İran və Rusiya arasında üçbucaq oyunu çoxdan bəri nəticə vermir və bu planda erməni-türk faktorunun əhəmiyyəti artır. Ancaq ekspert Azərbaycanın ərazi bütövlüyü problemi həll olunmadan Türkiyənin Ermənistanla münasibətlər quracağına inanmadığını, keçirilən görüşdə böyük ehtimalla məsələnin bu cür qoyulduğunu deyib. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, siyasi icmalçı, deputat Mübariz Qurbanlı isə bildirib ki, Türkiyə və Ermənistan arasında danışıqlar başlayarsa və hansısa sənədlər imzalanarsa, bu, Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək. O, ümumiyyətlə, Ermənistan və Türkiyə arasında hansısa rəsmi görüş keçirildiyinə şübhə edir. M. Qurbanlının sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyənin Ermənistanla münasibətlər qurmasının əleyhinədir. Ekspert Türkiyə ilə Ermənistan arasındakı problemlərin Dağlıq Qarabağ münaqişəsindən çox-çox əvvələ təsadüf etdiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR