Bank Of Baku

Asim Mollazadə yenidən Demokratik İslahatlar Partiyasını sədri seçilib

Asim Mollazadə yenidən Demokratik İslahatlar Partiyasını sədri seçilib
# 19 iyul 2008 10:27 (UTC +04:00)
APA-nın xəbərinə görə, qurultayda partiyanın sədri Asim Mollazadə hesabat məruzəsi ilə çıxış edib. A. Mollazadə partiyanın qarşıdan gələn prezident seçkilərində iştirakı məsələsinə də toxunub. A. Mollazadənin sözlərinə görə, Demokratik İslahatlar Partiyasının Siyasi Şurası aparılan müzakirələrdən sonra seçkilərdə müşahidəçi kimi iştiraka, gözləmə mövqeyində dayanmağa üstünlük verib: “Biz seçkilərin demokratik keçirilməsi üçün mübarizə aparacağıq. Partiya seçkiləri bir neçə min müşahidəçi ilə kənardan izləyəcək”. Partiya sədri əsas güclərini 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştiraka yönəldəcəklərini deyib.
Daha sonra partiyanın Mərkəzi Təftiş Komissiyasının hesabatı dinlənilib. Bundan sonra partiya sədrliyinə seçkilər keçirilib. A. Mollazadənin sədrliyə namizədliyi irəli sürüləndən sonra partiya sədri özü təşkilatın Gənclər Birliyinin rəhbəri Ramin Hacılının sədrliyə namizədliyini irəli sürüb. Səsvermə zamanı A. Mollazadə daha çox səs toplayıb və yenidən partiyanın sədri seçilib.
Qurultayda Siyasi Şuranın 11 nəfərdən, Mərkəzi Təftiş Komissiyasının 3 nəfərdən ibarət üzvləri də seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR