Bank Of Baku

“Azadlıq” blokunun boykot qərarı qətiləşib

“Azadlıq” blokunun boykot qərarı qətiləşib
# 21 iyul 2008 08:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Azadlıq” bloku bu il keçiriləcək prezident seçkilərini boykot etməklə bağlı rəsmi qərar qəbul edib. Blokdan APA-ya verilən məlumata görə, quruma daxil olan üç partiyanın Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Partiyası, Vətəndaş və İnkişaf Partiyasının rəhbər orqanlarının ayrı-ayrılıqda verdikləri qərar blokun Sədrlər Şurası tərəfindən təsdiq olunub. AXCP sədrinin müavini Həsən Kərimov bildirib ki, qərar heç bir halda dəyişə bilməz: “Hesab edirik ki, prezident seçkisində iştirak edən hər hansı partiya iqtidarın hazırladığı tamaşanın kiçik oyunçusudur. Bundan sonra müxalifətin vahid namizədlə çıxış etmək haqda qərarı da olsa, “Azadlıq” bloku qərarında dəyişiklik etməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR