Bank Of Baku

SSRİ dövründə banklarda qalan əmanətlərin qaytarılmasına dair qanun layihəsi Milli Məclisə təqdim olunub

SSRİ dövründə banklarda qalan əmanətlərin qaytarılmasına dair qanun layihəsi Milli Məclisə təqdim olunub
# 21 iyul 2008 08:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Əhalinin SSRİ dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı yaradılan işçi qrup əmanətlərin qaytarılması mexanizmini müəyyənləşdirən qanun layihəsini hazırlayaraq Milli Məclisə təqdim edib. Bu barədə APA-ya açıqlamasında sözügedən işçi qrupun üzvü Vahid Əhmədov bildirib. O, Milli Məclisə bir neçə variantda qanun layihəsinin təqdim edildiyini deyib. Vahid Əhmədovun sözlərinə görə, Milli Məclisə təqdim olunan sənəd qiymətləndirildikdən sonra daha uyğun hesab olunan qanun layihəsi parlamentin payız sessiyasının müzakirəsinə çıxarıla bilər: “Biz qanun layihəsini bir neçə variantda hazırlamışıq. Bu variantlardan hər biri məqbul sayıla bilər. Ancaq hər şey siyasi qərardan asılıdır. Siyasi qərar olandan sonra əmanətlərin qaytarılması gerçəkləşə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR