Bank Of Baku

YAP mətbuat gününə həsr olunmuş tədbir keçirib

YAP mətbuat gününə həsr olunmuş tədbir keçirib
# 21 iyul 2008 10:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası Azərbaycanda Milli Mətbuatın yaranmasının 133-cü ildönümü ilə bağlı (YAP) tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov Azərbaycan mətbuatının tarixi və bu günü ilə bağlı danışıb. Hazırda mətbuatın müstəqilliyin imkanlarından faydalandığını deyən Ə. Əhmədov mətbuatın qarşısında dayanan vəzifələrin şərəfli və cəmiyyət üçün faydalı olduğunu qeyd edib: “Azərbaycan mətbuatı bu vəzifələri dərk edir və bu istiqamətdə fəaliyyət göstərir. Mətbuatın bir qisim problemləri də var, amma bunu faciə şəklində təqdim etməyin tərəfdarı deyiləm. Dünyanın hər yerində mətbuatın müəyyən problemləri olur”. Ə. Əhmədov süni şəkildə qabardılan mətbuat problemlərindən bəzi xarici qüvvələrin yararlanmağa çalışdığını da qeyd edib. Ə. Əhmədovun təbrik çıxışından sonra bir qrup jurnalistə mükafat təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR