Bank Of Baku

Əli Əhmədov: “Azərbaycanda seçkiləri boykot edəcək gücə malik müxalifət qüvvəsi yoxdur”

Əli Əhmədov: “Azərbaycanda seçkiləri boykot edəcək gücə malik müxalifət qüvvəsi  yoxdur”
# 21 iyul 2008 12:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icraçı katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, seçkidə iştirak etmək istəməyən partiya özünü siyasi proseslərdən kənarda qoyacaq: “Bu gün Azərbaycan müxalifətində olsa-olsa bir neçə partiya seçkidə iştirakdan imtina edə bilər. Əgər hər hansı partiya seçkidə iştirakdan imtina edirsə, bu ya o deməkdir ki, onlar seçkidə iştirak etməyə hazır deyillər, ya da seçkilərdə onları dəstəkləyəcək qüvvənin olmadığını etiraf edirlər. Bunun hansını boynuna almaq istəyirlər, alsınlar”. Ə. Əhmədovun fikrincə, seçkidə iştirak etmədən prosesin gedişinə təsir etmək mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR