Bank Of Baku

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bina ilə təmin olunub

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bina ilə təmin olunub
# 21 iyul 2008 11:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bina ilə təmin olunub. Bu barədə APA-ya açıqlamasında sözügedən şuranın sədri Azay Quliyev bildirib. Şura sədri onlara təklif olunan üç yerdən birini - Nərimanov rayon təhsil şöbəsinin keçmiş binasını seçdiklərini deyib. A. Quliyev həmin binanın Nərimanov rayonu ərazisindəki 909-cu məhəllədə yerləşdiyini bildirib. Onun sözlərinə görə, artıq binanın Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının balansına keçirilməsi üçün Nazirlər Kabinetinə müraciət edilib: “Bina şuranın balansına keçirildikdən sonra təmir olunacaq. Bundan sonra orada fəaliyyətə başlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR