Bank Of Baku

MSK təmsilçisi Vyanada ATƏT-in seçkilərlə bağlı seminarında iştirak edir.

MSK təmsilçisi Vyanada ATƏT-in seçkilərlə bağlı seminarında iştirak edir.
# 21 iyul 2008 13:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşı Avstriyanın paytaxtı Vyanada ATƏT-in tədbirinə qatılıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MSK Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov Vyanada ATƏT tərəfindən seçkilərə həsr olunan iki günlük (21-22 iyul) seminarda iştirak edir. Seminarda ATƏT-ə üzv dövlətlərin müvafiq qurumlarının iştirakı ilə müşahidəçilik təcrübəsi müzakirə olunacaq. Habelə, seminarda seçkilərlə bağlı ATƏT öhdəliklərinin yerinə yetirilməsi, seçkiləri müşahidə və texniki yardım məsələləri də müzakirə predmeti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR