Bank Of Baku

Əli Orucov: “AMİP-in seçkilərdə namizədlə iştirak məsələsinə yaxın günlərdə aydınlıq gətiriləcək”

Əli Orucov: “AMİP-in seçkilərdə namizədlə iştirak məsələsinə yaxın günlərdə aydınlıq gətiriləcək”
# 21 iyul 2008 13:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Seçkiləri boykot etməklə hər hansı bir nəticəyə nail olmaq olmaz”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında AMİP-in mətbuat katibi Əli Orucov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda prezident seçkilərini boykot etmək gücündə olan siyasi qüvvə yoxdur: “Bu məsələdə siyasi qazancdan danışmaq düzgün deyil. Bütün partiyalar seçkidə iştirak etməlidirlər ki, ölkədə demokratiyaya təkan verə bilək. Sadəcə seçkiləri boykot etmək istəyənlər prosesdən kənarda qalacaqlar və passivləşəcəklər”. Partiyanın seçkidə iştirakına da toxunan Ə. Orucov AMİP-in seçkiyə namizədlə qatılması ilə bağlı mövqeyinə yaxın günlərdə aydınlıq gətiriləcəyini açıqlayıb: “Bu məsələ ilə bağlı tələsməmək qərarına gəlmişik. Çünki Seçki Məcəlləsinin bu şəkildə qəbulu partiyada bir qədər tərəddüdlər yaradıb. Artıq müzakirələr başlayıb və proses bitəndən sonra qərar açıqlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR