Bank Of Baku

Ermənistan Müdafiə Nazirliyi Qor Manasaryan adlı hərbçinin Azərbaycan ərazisinə keçərkən öldürülməsi faktını təsdiqləyib

Ermənistan Müdafiə Nazirliyi Qor Manasaryan adlı hərbçinin Azərbaycan ərazisinə keçərkən öldürülməsi faktını təsdiqləyib
# 21 iyul 2008 15:16 (UTC +04:00)
APA-nın “Arminfo”ya istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan sərhədyanı hərbi hissələrin birində xidmət edən Q. Manasaryanın yolu azdığını və Azərbaycan hərbçiləri tərəfindən güllələndiyini bildirib. Erməni tərəfi yaxın günlərdə cəsədin qaytarılması üçün danışıqlara başlamaq fikrindədir.
Xatırladaq ki, iyulun 19-na keçən gecə, saat 00.30-da Ermənistan Silahlı Qüvvələrinin bir qrup kəşfiyyatçısı Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan sərhədlərini keçməyə cəhd edib. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, Azərbaycan hərbçiləri erməni kəşfiyyatçılarının bu cəhdinin qarşısını alıblar. Düşmənin bir kəşfiyyatçısı öldürülüb, qalanları isə qaçıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR