Bank Of Baku

KXCP seçkilərdə namizədlə iştirak məsələsinə gələn həftə aydınlıq gətirəcək

KXCP seçkilərdə namizədlə iştirak məsələsinə gələn həftə aydınlıq gətirəcək
# 21 iyul 2008 15:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin toplantısı keçirilib. KXCP sədrinin müavini Bəybala Əbilin APA-ya verdiyi məlumata görə, yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyətlə yanaşı, seçki ilə bağlı məsələ də müzakirə predmeti olub. Toplantıda partiyanın Ali Məclisinin sessiyasının avqustun 2-də keçirilməsi qərara alınıb. B. Əbil onu da deyib ki, Ali Məclisin yığıncağında partiyanın seçkidə iştirakının detallarına aydınlıq gətiriləcək: “Partiya prezident seçkisində iştirakla bağlı qərar verib. Ancaq partiyanın seçkidə namizədlə iştirak edib-etməyəcəyinə dair qərar qəbul edilməyib. Ali Məclisin sessiyasında bu məsələyə tam aydınlıq gətiriləcək”. İdarə Heyətinin toplantısında Ali Məclisin gündəliyi də müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR