Bank Of Baku

DİP jurnalistlər üçün mükafat təsis edib

DİP jurnalistlər üçün mükafat təsis edib
# 21 iyul 2008 15:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Demokratik İslahatlar Partiyası (DİP) “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələri uğrunda” adlı mükafat təsis edib. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mükafatın təsis olunmasında məqsəd jurnalistləri maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafatın davamlı olması və hər il 22 iyulda Siyasi Şuranın müəyyən etdiyi komissiya tərəfindən seçilmiş jurnalistlərə təqdim olunması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR