Bank Of Baku

ABŞ səfiri Ann Dersi: “Ümidvarıq ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən maliyyə kəşfiyyatı qurumu yaradılacaq”

ABŞ səfiri Ann Dersi: “Ümidvarıq ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən maliyyə kəşfiyyatı qurumu yaradılacaq”
# 22 iyul 2008 08:29 (UTC +04:00)
APA-nın məlumatına görə, “Azərbaycanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə: əldə olunan dərslər və ən yaxşı təcrübələr” mövzusunda keçirilən tədbir Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, USAİD və Avropa Şurasının təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Milli Məclisin dövlət quruculuğu və hüquq məsələləri daimi komissiyasının sədri Əli Hüseynov korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar barədə danışıb. O, Milli Məclisin son sessiyasında “Cinayət yolu ilə əldə olunan pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasına qarşı mübarizə haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul olunduğunu bildirib. O, qanun layihəsinin parlamentin payız sessiyasında hər üç oxunuşdan keçərək qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Tədbirdə çıxış edən Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek adı çəkilən qanunun qəbulunun vacibliyindən danışıb və korrupsiyaya qarşı mübarizəni cəmiyyətin demokratikləşməsinə daha da təkan verəcəyini bildirib: “Ümidvarıq ki, bu qanun tezliklə qəbul olunacaq. Çünki demokratik inkişaf yolunun seçən bir ölkə üçün belə bir qanunun qəbulu çox vacibdir”. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Azərbaycan hökumətinin haqqında müzakirələr aparılan bu qanunun qəbuluna yönəlik cəhdlərinin alqışlanmalı olduğunu bildirib: “Ümidvarıq bu bununla əlaqədar Azərbaycanda yüksək beynəlxalq standartlara cavab verən maliyyə kəşfiyyatı qurumu yaradılacaq. Rüşvətxorluq və beynəlxalq miqyasda dələduzluq yolu ilə külli miqdarda gəlir əldə edilir. Lakin bu yolla qazanılan pulların yenidən iqtisadiyyata qaytarılması üçün onlar yuyulmalıdır. Bu kimi cəhdlərə qarşı mübarizə aparılması dövlətin əsas vəzifələrindən biri olmalıdır və bu istiqamətdə Azərbaycanın cəhdləri alqışlanmalıdır”. Konfrans işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR