Bank Of Baku

MSK-da “Komissiyalarda kargüzarlığın aparılması və tətbiqi” mövzusunda treninq keçirilib

MSK-da “Komissiyalarda kargüzarlığın aparılması və tətbiqi” mövzusunda treninq keçirilib
# 22 iyul 2008 09:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü ilə aşağı seçki komissiyalarının katibliklərinin baş məsləhətçiləri üçün “Komissiyalarda kargüzarlığın aparılması və tətbiqi” mövzusunda treninq keçirilib. APA-nın məlumatına görə, MSK katibi Natiq Məmmədov bildirib ki, ötən il dairə seçki komissiyalarında kargüzarlığın vəziyyəti ilə tanış olmaq məqsədilə monitorinq aparılıb. Dövlət qurumlarında kargüzarlığın vacibliyindən danışan N. Məmmədov bu sahənin ölkədə qəbul olunan vahid standartlara uyğunlaşdırılması üçün MSK tərəfindən zəruri işlərin görüldüyünü söyləyib. MSK katibliyi ümumi şöbəsinin müdiri Elşən Əsgərov isə deyib ki, dövlət qurumlarında kargüzarlığın vahid standartlara uyğunlaşdırılması üçün prezidentin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat”ı və bu təlimatın tətbiqinə dair tövsiyələri mövcuddur. E. Əsgərov kargüzar xidmətinin əsas vəzifələri və fəaliyyəti haqqında məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR