Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönələn addımları pisləyib

Qarabağ Azadlıq Təşkilatı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönələn addımları pisləyib
# 22 iyul 2008 12:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönələn addımları pisləyən bəyanatla çıxış edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, son günlər Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, bəzi dövlət rəsmiləri və KİV nümayəndələri tərəfindən bu prosesin müsbət hadisə kimi təqdim olunması cəhdləri ciddi narahatlıq doğurur: “Biz Azərbaycan və Türkiyəyə qarşı törədilən erməni cinayətlərini unudaraq xoş münasibətlər yaratmaq cəhdlərini, işğalçı Ermənistanın nümayəndələri ilə aparılan gizli danışıqları, Türkiyə prezidentinin İrəvana səfər etmək niyyətini qətiyyətlə pisləyirik. Ermənistan öz mövqeyindən geri çəkilməyib, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarında, qondarma “erməni soyqırımı”nda hələ də israr edir. Ermənistanın cinayətkar rejimi özünü legitimləşdirməyə, beynəlxalq birliyin rəğbətini bərpa etməyə, beynəlxalq təşkilatların təzyiqlərindən yaxa qurtarmağa çalışır. Ona görə də Azərbaycan və Türkiyə ilə xoş münasibətlər görüntüsü yaratmağa cəhd göstərir”. QAT hesab edir ki, Azərbaycan və Türkiyə rəhbərliyi Ermənistanın yalançı sözlərinə və növbəti fırıldaqlarına aldanmamalı, prinsipial və qətiyyətli mövqe nümayiş etdirməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR