Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyasının təşkil etdiyi yay məktəbi başa çatıb

Azərbaycan Diplomatik Akademiyasının təşkil etdiyi yay məktəbi başa çatıb
# 22 iyul 2008 12:28 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan Diplomatik Akademiyasının “İslamın beynəlxalq münasibətlərdə rolu” mövzusunda təşkil etdiyi yay məktəbi Qubada keçirilən tədbirlə başa çatıb. Azərbaycan Diplomatik Akademiyasından APA-ya verilən məlumata görə, yay məktəbi İslam dini mövzusunda Azərbaycanda təşkil edilən ilk beynəlxalq məktəb olub və proqrama ABŞ, İsveç, Hollandiya, Mozambik, İran, İsrail daxil olmaqla 15 ölkədən 35 iştirakçı qoşulub. Yay məktəbinin təlimçi heyəti isə dünyanın tanınmış təhsil müəssisələrinin professorlarından təşkil olunub. Bu təhsil müəssisələrinə nümunə olaraq Fletçer Hüquq və Diplomatiya Məktəbini, Bostonda Tafts Universitetini, Cenevrədə Ali Beynəlxalq İnkişaf İnstitutunu, Ankarada METU, Mosvada MQİMO, Haifa Universitetini, Ərəb Əmirliyinin Strateji Araşdırmalar və Tədqiqat Mərkəzini göstərmək olar. Yay məktəbinin açılışı Bakıda, yenicə təmirdən çıxmış Cümə məscidində keçirilib və məktəbin iştirakçıları məscidin ilk ziyarətçiləri olublar. Proqram zamanı iştirakçılar katolik kilsəsini də ziyarət edib, rahib ata Yan Capla ilə Azərbaycanda dini müxtəliflik, xristianlığa olan münasibət, katolik kilsənin bərpası kimi mövzularda söhbətlər ediblər. Tədbirin birinci hissəsi 17 iyul tarixində xarici işlər naziri Elmar Məmmədyarovun iştirakçılarla görüşü ilə tamamlanıb və görüşdə İslamın Azərbaycanın xarici siyasətinin formalaşmasında rolu barədə danışan Nazir həmçinin iştirakçıları maraqlandıran sualları cavablandırıb. Kursun ikinci hissəsində Qubaya səfər təşkil olunub, Qırmızı Sloboda qəsəbəsində yerləşən yəhudi sinaqoqu ziyarət olunub və Azərbaycanda yəhudi icmasına qarşı münasibət və ölkəmizdə yaşayan müxtəlif dini etiqadlara malik insanlar arasındakı münasibətlər haqqında söhbətlər aparılıb. Proqram zamanı bu mövzu üzrə tanınmış professorların mühazirələrini dinləyən iştirakçılar, eyni zamanda, İslam dininin tarixi, təkamülü, bu dinlə bağlı formalaşmış təsəvvür və yanaşmalar haqqında nəzəri biliyə yiyələniblər. Yay məktəbi iştirakçılara sertifikatların verilməsi ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR