Bank Of Baku

Əli Kərimlinin apellyasiya şikayəti təmin edilməyib

Əli Kərimlinin apellyasiya şikayəti təmin edilməyib
# 22 iyul 2008 14:54 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Etibar Nəbiyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, Nəsimi rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi AXCP sədrinin barəsində 1994-cü ildə Nəsimi rayon Prokurorluğunda başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı şikayətini təmin etməyib. Ə. Kərimli bu qərarın ləğv olunmasını istəyir. Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsi Ə. Kərimli barəsində cinayət işinin ləğv olunmadığını əsas gətirərək, ona ümumvətəndaş pasportu verməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR