Bank Of Baku

Rumıniya səfiri Tovuzda səfərdə olub

Rumıniya səfiri Tovuzda səfərdə olub
# 22 iyul 2008 16:32 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı-APA. Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nikolae Urike Tovuz rayonunda səfərdə olub. APA-nın Qərb bürosunun məlumatına görə, səfər millət vəkili Qənirə Paşayevanın dəvəti ilə baş tutub. Səfərdə məqsəd diplomatı Tovuzun Ermənistanla sərhəd kəndlərində mövcud vəziyyətlə tanış etməkdir. Rumıniya səfiri ilk öncə Tovuzun Ermənistanla sərhəddə yerləşən Əlibəyli, Ağdam və Hacallı kəndinə baş çəkib, burada yerli əhali ilə görüşüb. Kənd sakinləri ermənilərin atəşkəs rejimini pozması nəticəsində üzləşdikləri problemlər barədə səfirə ətraflı məlumat veriblər. Daha sonra Rumıniya səfiri Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb. Görüşdə rumın iş adamlarının Tovuzda kəndə təsərrüfatı məhsullarının emalı sahəsinə sərmayə yatırması, bu sahədə yerli sahibkarlarla əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Nikolae Urike “Tovuz-Baltika” MMC müəssisəsində olub, sahibkarlarla görüşüb, burada istehsal olunan məhsullarla tanış olub. Səfərin sonunda səfir və xanımı Tovuz tarix-diyarşünaslıq muzeyinə baş çəkiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR