Bank Of Baku

Ağdamın işğalının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Ağdamın işğalının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
# 23 iyul 2008 09:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 15-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. APA-nın məlumatına görə, Ağdam rayon İcra Hakimiyyəti, Qarabağ Azadlıq Təşkilatı, rayon ictimaiyyətinin nümayəndələri və ölkədə fəaliyyət göstərən bir sıra təşkilatlar Şəhidlər Xiyabanındakı Əbədi Məşəl Kompleksinə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar. Mərasimdə çıxış edən Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, müharibə bitməyib və işğal altında olan Azərbaycan torpaqları ermənilərə verilməyəcək: “Ağdam o vaxt işğal olunacaq ki, beynimiz, təfəkkürümüz, yaddaşımız işğal olunacaq. Kim işğal olunan torpaqlarımızın azad ediləcəyinə inanmırsa, onun yaşamağa haqqı yoxdur”. Sonra mərasim iştirakçıları Ağdam uğrunda gedən döyüşlər zamanı həlak olan şəhidlərin məzarlarını və Türk Şəhidliyini ziyarət ediblər. Qeyd edək ki, Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal edilib. İşğal nəticəsində ərazisi 1.154 kvadrat kilometr, əhalisi 147.000 nəfər olan Ağdamın işğal edilən 77,4 faiz hissəsindəki tarixi abidələr, qəbiristanlıqlar, yaşayış obyektləri, kitabxanalar, məktəblər, idarə və müəssisələri dağıdılıb. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR