Bank Of Baku

Demokratik İslahatlar Partiyası MDİ ilə birgə layihələr həyata keçirəcək

Demokratik İslahatlar Partiyası MDİ ilə birgə layihələr həyata keçirəcək
# 23 iyul 2008 12:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) ilə Demokratik İslahatlar Partiyası (DİP) prezident seçkiləri ilə bağlı layihələr həyata keçirəcək. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə MDİ-nin Azərbaycan üzrə direktoru Arien de Volffla DİP sədri Asim Mollazadə arasında keçirilən görüşdə razılıq əldə olunub. Görüş zamanı ölkədəki ictimai-siyasi durum, prezident seçkilərinə hazırlıq, MDİ və DİP-in əməkdaşlıq etdiyi birgə layihələr barədə fikir mübadiləsi aparılıb. Asim Mollazadə qonağa partiyanın 2-ci qurultayının seçkilərlə bağlı qərarı, həmçinin partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR