Bank Of Baku

Çingiz Dəmiroğlu “beşlər”in toplantısına dəvət olunmayıb

Çingiz Dəmiroğlu “beşlər”in toplantısına dəvət olunmayıb
# 23 iyul 2008 12:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Beşlər”in növbəti toplantısı iyulun 24-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında keçiriləcək. AMİP mətbuat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, toplantıda burada təmsil olunan siyasi qurumların prezident seçkisindəki fəaliyyət istiqamətləri müzakirə ediləcək. Ə. Orucov deyib ki, yığıncağa Tərəqqi Partiyası dəvət edilməyib. Buna səbəb Tərəqqi Partiyasının seçkidə İlham Əliyevin namizədliyini dəstəkləməsi ilə bağlı qərarı olub. Qeyd edək ki, hazırda “Beşlər” adı ilə tanınan məşvərət xarakterli məclisdə ADP, AMİP, Müsavat Partiyası və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR