Bank Of Baku

Rumıniyanın baş naziri Azərbaycana gələcək

Rumıniyanın baş naziri Azərbaycana gələcək
# 28 iyul 2008 07:45 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. Rumıniyanın baş naziri Kalin Popesku Tariçanunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 8-də Azərbaycana səfər edəcək. Bu barədə APA-ya Rumıniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. İki günlük səfər zamanı Rumıniya baş nazirinin azərbaycanlı həmkarı Artur Rəsizadə və digər hökumət nümayəndələri ilə görüşü gözlənilir. Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. Səfər çərçivəsində biznes-forumun keçirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR