Bank Of Baku

Novella Cəfəroğlu: “Müsavat vəzifə üçün deyil, xalq üçün mübarizə aparmalıdır”

Novella Cəfəroğlu: “Müsavat vəzifə üçün deyil, xalq üçün mübarizə aparmalıdır”
# 29 iyul 2008 10:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Hazırkı şərtlər daxilində keçiriləcək prezident seçkilərində müxalifət partiyalarının və Müsavat Partiyasının iştirakına lüzum yoxdur. Mən partiyanın Məclisində də seçkidə iştirakın əleyhinə olduğumu bildirəcəyəm”. APA-nın məlumatına görə, bunu Müsavat başqanının müşaviri, Məclis üzvü Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, hazırda ölkədə demokratik seçki mühiti olmadığından seçkiyə qatılmağın əhəmiyyəti yoxdur: “Beynəlxalq təşkilatlar istəyir ki, partiyalar seçkiyə getsin, sabah da bir şey olanda seçkidə müxalifətin də, iqtidarın da iştirak etdiyini deyə bilsinlər. Amma mən hesab edirəm ki, müxalifət partiyaları seçkiyə getməməlidir. Bununla belə, partiya seçkiyə getmək qərarı versə, tabe olacağam”. N. Cəfəroğlu təmsil etdiyi partiyanın vəzifə üçün deyil, xalq üçün mübarizə aparmasını istədiyini vurğulayıb: “Amma onlar deyirlər ki, yalnız vəzifəyə gələndən sonra xalqa kömək edə bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR