Bank Of Baku

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Təqvim Planı açıqlanıb

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Təqvim Planı açıqlanıb
# 29 iyul 2008 11:50 (UTC +04:00)
APA-nın məlumatına görə, Təqvim Planına uyğun olaraq, prezident seçkilərində iştirak etmək niyyətində olan şəxslər seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bu quruma müraciət edə bilərlər. Aktiv seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları namizəd irəli sürmək hüququna malikdirlər. Namizədliyin irəli sürülməsi ilə bağlı vətəndaşın müraciəti MSK-ya daxil olduqdan sonrakı 5 gün müddətində qurum namizədliyin irəli sürülmənin təsdiq edilib-edilməməsi ilə bağlı qərar qəbul etməli və namizədə imza vərəqələri verməlidir. Təqvim Planına görə, namizəd tələb olunan imzaları topladıqdan sonra sentyabrın 5-i saat 18.00-a qədər vərəqələri MSK-ya təqdim etməlidir. MSK isə öz növbəsində imza vərəqələrini aldıqdan sonra 10 gün müddətində imzaları yoxlayıb namizədliyin qeydə alınıb-alınmaması barədə qərar qəbul edir, qeydə alınmış namizəd müvafiq lövhəciklə təmin olunur. Təqvim planına görə, MSK sentyabrın 20-dək qeydə alınmış namizədlərin siyahısını dərc edir, səsvermə gününə 28 gün qalmış təbliğat-təşviqat kampaniyası başlayır, səsverməyə 24 saat qalmış isə dayandırılır. MSK sentyabrın 17-dək təbliğat-təşviqat kampaniyası aparmaq üçün müvafiq yerlər ayırmalıdır. Səsvermə günü müşahidə aparmaq istəyən təşkilatlar və vətəndaşlar seçkilər elan edildiyi gündən səsverməyə 10 gün qalanadək MSK-ya müraciət edə bilərlər. Seçici siyahılarının dəqiqləşdirilməsi işi səsverməyə 35 gün qalmış başlayacaq və seçkiyə 5 gün qalmış başa çatacaq. Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin olduğu şəhərlərdə səsvermə gününə ən azı 30 gün qalmış seçki məntəqələri yaradılacaq. Namizədlərin qeydiyyatı tam başa çatdıqdan sonra MSK oktyabrın 10-dək seçki bülletenlərini dərc edərək DSK-lara, DSK-lar isə öz növbəsində oktyabrın 12-dək məntəqə seçki komissiyalarına təqdim edəcək. Səsvermə oktyabrın 15-i səhər saat 8.00-da başlayacaq və 19.00-da seçki məntəqələri bağlanacaq. Səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə ilkin məlumatlar ictimaiyyətə açıqlanacaq. Səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokolu məlumatlarının MSK-nın nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin internet saytında seçki günü və ondan sonra mütəmadi olaraq yerləşdiriləcək. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası yekun protokolunun 24 saatdan gec olmayaraq DSK-lara, DSK-ların yekun protokolu isə 2 gün müddətində MSK-ya təqdim olunmalıdır. Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq edilməsi üçün oktyabrın 24-dək MSK-nın yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim olunacaq. Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilmiş səslərinin azı 3 faizini toplamamış, namizədlərin seçki fondlarında pul olmadıqda, yaxud çatışmadıqda dövlət büdcəsindən alınmış vəsait seçkilərin nəticələrinin elan olunmasından ən geci 10 gün müddətində geri qaytarılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR